Ziraat Bank Azərbaycan AFAD fonduna 100 000 ABŞ dolları məbləğində dəstək oldu
®Ziraat Bank Azərbaycan 6 Fevral tarixində Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dəhşətli zəlzələdə maddi və mənəvi zərər çəkən və yaralanan sakinlərə yardım məqsədilə "AFAD" hesabına 100 000 USD məbləğində ianə etdi.
Bank hadisənin baş verdiyi ilk gündən etibarən qardaş ölkə ilə həmrəyliyini, onlara dəstək olduğunu müxtəlif yollarla göstərmişdir. Ziraat Bank Azərbaycan fəlakətin baş verdiyi ilk gündən etibarən filialları və rəqəmsal platformaları vasitəsilə "AFAD" hesabına edilən köçürmələri komissiyasız və ƏDV-siz icra etmişdir. Həmçinin Bank həmvətənlərimizin ianə etmə üsulları ilə aydın şəkildə tanış olaraq köçürmələrini rahat icra etmələri üçün fərqli izahedici video təlimatlar hazırlayaraq sosial media kanallarında paylaşmışdır. Qeyd edək ki, Ziraat Bank Azərbaycan "AFAD" qurumunun Azərbaycanda hesab açmasına dəstək verərək ianələrin daha tez və rahat çatdırılmasına vasitəçi olmuşdur. Bankın kollektivi maddi yardımla yanaşı, toplanılan humanitar yardımda da iştirak etmiş, onların təhvil verilməsində öz dəstəyini göstərmişdir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın, Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
İqtisadi modellər niyə artıq işləmir?
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Bitcoin nədir?
Necə Bitcoin almaq olar?
Ev şəraitində pul qazanmağın yolları
Bitcoin necə işləyir?
Dünyanın ən varlı 10 adamı