Ziraat Bank Azərbaycan böyüməyə davam edir

Ziraat Bank Azərbaycan böyüməyə davam edir"Ziraat Bank Azərbaycan" ASC 2022-ci ilin 3-cü rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 9 aylıq müddət ərzində bankın xalis mənfəəti 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə  58%-dən çox artaraq 6 mln. manatı keçmişdir. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bankın cəmi aktivləri də ilin sonundan bu günədək 12.3% artaraq 436 mln manata çatmışdır. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 27% artaraq 104 mln manatı keçmişdir. 
Qeyd edilib ki, 3-cü rübün maliyyə hesabatının göstəriciləri bankın istər hüquqi, istərsə də fiziki şəxslərin etimadını qazanmağa davam etdiyini isbat edir. Göstəricilərə əsasən fiziki və hüquqi şəxslərin müddətli depozit portfelində 34%-ə yaxın artım müşahidə edilir.  
Bankın kredit portfelində də rüb ərzində kifayət qədər müşahidə edilmişdir. Belə ki, kredit portfeli ötən ilin sonundan 29.7% artaraq 300 mln manata yaxınlaşmışdır. Qeyd edək ki, artmış portfelin əsas hissəsini biznes kreditləri təşkil edir.
Ziraat Bank Azərbaycanın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis faiz gəlirləri 50.72% artaraq 15 mln manatı, qeyri-faiz gəlirləri isə 84.37% artaraq 9 mln manatı keçmişdir. 
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.
Ziraat Bank Azərbaycan böyüməyə davam edirZiraat Bank Azərbaycan böyüməyə davam edirZiraat Bank Azərbaycan böyüməyə davam edirZiraat Bank Azərbaycan böyüməyə davam edirZiraat Bank Azərbaycan böyüməyə davam edir/ marja.az

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler investisiya valyuta mezennesi internetden pul qazanmaq birbank