Ziraat Bank Azərbaycan ilə arzusunda olduğunuz avtomobilə sahib olun

Ziraat Bank Azərbaycan ilə arzusunda olduğunuz avtomobilə sahib olun®Daim müştəri məmnuniyyətini önə çəkən Ziraat Bank Azərbaycan indi də avtomobil sahibi olmaq istəyən müştərilərini sevindirib. Belə ki, Bank avtomobil krediti məhsulunun şərtlərini yeniləyərək müştəriləri üçün daha da səfrəli edib. 
Hazırda istər yeni, istərsə də ikinci əl avtomobil almaq istəyən şəxslər 24 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Avtomobil Krediti məhsulundan faydalana bilərlər. Kreditin maksimal məbləği avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyat vasitəsinin dəyərinin 50-60% qədərini təşkil edir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan  buraxılan CO2 tullantılarının nisbətinə görə təbiət dostu və gələcəyin nəqliyyat vasitələri hesab edilən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın asanlaşdırılması məqsədi ilə yaratdığı Yaşıl Avto Kredit məhsulunu daha öncə təqdim etmişdir. Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə əldə etmək istəyən şəxslər Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər. Qeyd edək ki, borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği avtomobilin istehsal tarixi və kreditin müddətindən asılıdır. Bu məbləğ elektrik mühərrikli avtomobillər üçün avtomobilin dəyərinin 10%-30%-i, hibrid mühərrikli avtomobillər üçün isə avtomobil dəyərinin 20%-40% -i təşkil edir.
Avtomobil almaq istəyən şəxslər Ziraat Bank Azərbaycanın istənilən filialına lazımi sənədlərlə yaxınlaşaraq Avto Kredit və Yaşıl Avto Kredit məhsulları üçün müraciət edərək əlçatan şərtlərdən faydalana bilərlər.
 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 04 aprel 2023

Oxşar xəbərlər

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır

ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır. Bank indiyə qədər özünün ABB mobil

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

"Unibank"dan biznes sahiblərinə xüsusi təklif: "Biznesinizə 6 qat dəstək"

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. "Biznesinizə 6 qat dəstək" adlanan kampaniya çərçivəsində mayın 31-dək "Unibank"da hesab açan müştərilər, bank xərclərinə xeyli qənaət edəcəklər. Güzəştlə


iqtisadi xeberler kripto depozit faizleri bitcoin qiymeti bitkoin