Ziraat Bank Azərbaycan ilə ev sahibi olun
®Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) ilə əməkdaşlığı çərçivəsində 2023-cü il üzrə aşağı faizli ipoteka kreditlərinin verilməsinə başlamışdır.
Bank tərəfindən bildirilən məlumata əsasən müştərilərə aşağı faizli ipoteka kreditləri adi və güzəştli növlərdə təqdim edilir. Adi ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN, faiz dərəcəsi isə 7% təşkil edir. Güzəştli kateqoriya üçün nəzərdə tutulmuş Güzəştli ipoteka kreditlərində isə maksimal məbləğ 100 000 AZN, faiz dərəcəsi isə 3,7% təşkil edir. 18 yaşına çatmış, gəliri rəsmi sənədlə təsdiq edilmiş, Fond tərəfindən tələb olunan şərtlərə cavab verən İpoteka kreditini Ziraat Bank Azərbaycan vasitəsilə əldə etmək istəyən Azərbaycan vətandaşları Elektron Hökumət portalında Fondun müvafiq sistemində Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) ilə qeydiyyatdan keçərək, sistem tərəfindən onlara verilən aktivasiya kodu ilə bankın istənilən filialına yaxınlaşaraq müraciətlərini aktivləşdirməklə arzu etdikləri mənzili sahiblənə bilərlər.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Layihə menecmenti nədir?
Onlayn biznes növləri