Ziraat Bank Azərbaycan Şəhid Övladları üçün təşkil olunan "Bilimdən Zəfərə" layihəsinin Gəncə mərhələsinə sponsorluq edib

Ziraat Bank Azərbaycan Şəhid Övladları üçün təşkil olunan ®Daima korporativ sosial məsuliyyət layihələrində fəal iştirak edən Ziraat Bank Azərbaycan, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladlarının bilik və bacarıqlarının inkişafına yönəlmiş "Bilimdən Zəfərə" layihəsinin Gəncə mərhələsinə sponsorluq edib.
Ziraat Bank Azərbaycanın korporativ sosial məsuliyyət çərçivəsində dəstəklədiyi bu layihə, "YAŞAT" Fondu, "ASAN xidmət"in, "İnnovasiyalar Mərkəzi" və "Bilim Bakı" mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin icrası Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə gerçəkləşdirilib.
Layihə çərçivəsində Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaş arası 90-dan çox şəhid övladı üçün müxtəlif sahələrdə- riyaziyyat, təbiət elmləri, dizayn, texnologiya və astronomiya sahələrində interaktiv təlimlər və ustad dərsləri təşkil olunub. Uşaqlar həmçinin qrup şəklində oyunlar, texnolojı praktiki məşğələlər və yaradıcı fəaliyyətlərdə iştirak ediblər.
Bankın sponsorluğu ilə 24 may tarixində həyata keçirilən  "Bilimdən Zəfərə" layihəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarını artırmaqla yanaşı, onlarda elmə maraq yaratmaq, özlərinə olan inamı gücləndirmək və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu.
Qeyd edək ki, "Bilimdən Zəfərə" layihəsi "YAŞAT" Fondu tərəfindən bir neçə regionda uğurla həyata keçirilib və yüzlərlə şəhid övladını əhatə edib. Gəncə mərhələsi isə layihənin coğrafiyasını genişləndirərək daha çox uşağın həyatına müsbət təsir göstərməyi hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycan Şəhid Övladları üçün təşkil olunan Ziraat Bank Azərbaycan Şəhid Övladları üçün təşkil olunan / banker.az

Banklar     Tarix: 31 may 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti