Ziraat Bank Azərbaycan uşaqlar üçün "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə eko maarifləndirmə turu təşkil edib

Ziraat Bank Azərbaycan uşaqlar üçün ®Ziraat Bank Azərbaycan növbəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Bank əməkdaşlarının məktəbli övladları ilə birlikdə "Təmiz Şəhər" ASC-nin təsərrüfat obyektlərinə maarifləndirici tur təşkil edib.
"Eko maarifləndirmə səfəri" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici turun məqsədi "Yaşıl dünya naminə həmrəylik ili" mövzusuna toxunaraq, Bakıda keçiriləcək COP29 tədbiri öncəsi uşaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdir. Tur iştirakçıları öncəliklə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi və təkrar emala göndərilməsi prosesini əyani şəkildə izləyiblər. Qurumun əməkdaşları tərəfindən qeyd olunub ki, zavodda çeşidlənən tullantılar, Balaxanı Sənaye Parkının rezidentlərini və təkrar emalla məşğul olan digər sahibkarları xammal ilə təmin etmək məqsədilə onlara yönləndirilir. Tur çərçivəsində uşaqlara tullantıların doğru çeşidlənməsi haqqında məlumat təqdim edilib, onları  maraqlandıran suallar cavablandırılıb və uşaqlarla fikir mübadiləsi aparılıb. Uşaqlara təkrar emala yararlı olan tullantıların çeşidlənməsinin önəmi vurğulanıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Tullantıların çeşidlənməsi hesabına təkrar emalın həcminin artdığı vurğulanaraq, bu prosesdə cəmiyyətin hər bir üzvünün aktiv iştirakının vacib olduğu xüsusi olaraq bildirilib. Sonda tur iştirakçılarına məlumatlandırıcı bukletlər və kiçik hədiyyələr təqdim edilib.
 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 03 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler leobank kart biznes xeberleri bitkoin almaq biznes qurmaq