Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Bankçılıq Məktəbinin təlim proqramını uğurla bitirib

Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Bankçılıq Məktəbinin təlim proqramını uğurla bitirib®Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbinin  növbəti məzunları sırasında yer alıblar. Onlar 6 həftə  ərzində Türkiyə  Ziraat Bankası-nın müxtəlif sahələr üzrə ixtisaslaşmış əməkdaşları tərəfindən tədris olunan təlimlərdə iştirak ediblər. Tədris zamanı əməkdaşlar makro və mikroiqtisadi siyasət, mühasibat uçotu, hüquq, statistika və şəxsi inkişaf, bankçılıq sahəsinə aid yeniliklər haqqında məlumatlar əldə ediblər. Tədris proqramının son günündə  bank əməkdaşları göstərmiş olduğu yüksək nəticələrə görə Türkiyə Ziraat Bankası-nın Analitik Bankçılıq və Məhsul İdarəetmə Qrupunun rəhbəri, həmçinin Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının sədri Dr. İlker Met tərəfindən 2023 Bankçılıq Məktəbi sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan ənənəvi olaraq mütəxəssislərinin Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbində bank sahəsinə aid müxtəlif tədris proqramlarında iştirak etmələrini həyata keçirir. Bununla da bank əməkdaşları 159 illik tarixə malik olan Ziraat Bankın ixtisaslaşmış kadrlarının təlimlərində iştirak etməklə, onların təcrübələrini dinləyir və  bu sahədə inkişaf etməklə, biliklərini Azərbaycanda tətbiq edirlər. 
Həmçinin Ziraat Bank Azərbaycan mütəmadi olaraq rəhbər kadrlarını və mütəxəssislərini müxtəlif təlim və tədris proqramlarına göndərməklə onların Türkiyə, o cümlədən dünyadakı bank sahəsində baş verən yeniliklər və dəyişikliklər barədə məlumatlanmalarını təmin edir. 
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler 1000 manatla biznes bitkoin pul qazanmaq biznes xeberleri