"10,1 milyon manat kredit borclarının geri qaytarılması təmin edilib"
"Maliyyə əlçatanlığının təmin edilməsi məsədilə Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkil olunmuş, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılmış, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli və şəffaf əməkdaşlıq kimi hədəflər müəyyən edilmişdir. Hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilmişdir. Hal-hazırda Fondun kredit portfeli 52,5 milyon manat təşkil edir".
Marja xəbər verir ki, bunu Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
O qeyd edib ki, kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 yanvar 2024-cü il tarixə 16 milyon manata yaxın olmuşdursa, 2024-cü il 1 iyul tarixinə 10,1 milyon manat və ya 63,5 faiz azalaraq 5,8 milyon manata endirilmişdir. Nəticədə, Fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatmışdır. Cari ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 dəfə çox olmuşdur. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?