2024-cü ilin ilk yarısında ən iri gəlir hansı banklar əldə edib? – RENKİNQ
2024-cü ilin ilk yarısında Azərbaycan banklarının ümumi gəlirləri üzrə renkinqində "Kapital Bank" liderlik edir.
Banker.az-ın tərtib etdiyi renkinqə əsasən "Kapital Bank" 666.4 milyon manat ümumi gəlirlə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% artım göstərib. ABB 583.8 milyon manat gəlirlə ikinci yerdədir və bu, 24.4% artım deməkdir. "PAŞA Bank" isə 377.8 milyon manat gəlirlə üçüncü yerdədir və bu korporativ bank illik müqayisədə 27% artıma nail olub.
Ümumi gəlir dedikdə, faiz və qeyri-faiz gəlirləri cəmi nəzərdə tutulur.
"Unibank" və "Bank Respublika" müvafiq olaraq 168 milyon və 129.2 milyon manat gəlirlə ilk beşliyi tamamlayırlar. "Unibank" 12.9% artım, "Bank Respublika" isə 21% artım nümayiş etdirib.
Ən böyük dinamika "Yelo Bank" və "Azər Türk Bank"da qeydə alınıb. "Yelo Bank" 95.4 milyon manat gəlirlə 65.7% artım, "Azər Türk Bank" isə 68 milyon manat gəlirlə 55.9% artım göstərib.


"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?