50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır - DÖVLƏT FONDUNDA BÖYÜK KREDİT RİSKİ

50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır - DÖVLƏT FONDUNDA BÖYÜK KREDİT RİSKİ2022-ci ilin sonunda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına verilmiş kreditlərin məbləği 946 milyon 58 min manat təşkil edib.
Marja.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yekunu ilə müqayisədə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına verilmiş kreditlər 26 milyon 2 min manat azalıb. Qeyd edək ki, Fondun güzştli kredirlərinin sahibkarlara verilməsində bank və bank olmayan kredit təşkilatları iştirak edir.
31 Dekabr 2022-ci il tarixində kredit təşkilatlarına verilmiş 946 milyon 58 min manat cəmi kreditin 246 milyon 719 min manatını və ya 26%-ni ehtimal olunan kredit zərərləri üzrə ehtiyat təşkil edib. Qalıq məbləğ (xalis kreditlər) 699 milyon 339 min manat olub.
2021-ci ilin sonunda 972 milyon 60 min manat cəmi kredilərin 26,3%-ni və ya 255 milyon 664 min manatını ehtimal olunan kredit zərərləri üzrə ehtiyat təşkil etmişdi. Qalıq məbləğ 716 milyon 396 min manat olmuşdu. 
Fondun 946 milyon 58 min manat cəmi kredit portfelinin 704 milyon 173 min manatını və ya 74,4%-ni iri həcmli kreditlər (1 milyon 1 manat  – 10 milyon manat civarında olan), 137 milyon 517 min manatını və ya 14,5%-ni orta həcmli kreditlər (50 min 1 manat – 1 milyon manat civarında), 104 milyon 368 min manatını və ya 11,1%-ni kiçik həcmli kreditlər (50 min manatadək) təşkil edib.
İri həcmli kredilərin 24,8%-ni və ya 174 milyon 380 min manatını ehtimal olunan kredit zərərləri üzrə ehtiyat təşkil edib. Həmçinin, ehtimal olunan kredit zərərləri üzrə ehtiyat orta həcmli kreditlərin (137 milyon 517 min manat) 19,2%-ni və ya 26 milyon 353 min manatını, kiçik həcmli kredilərin (104 milyon 368 min manat) isə 44%-ni və ya 45 milyon 986 min manatını təşkil edib.
Ötən il Fondun iri və kiçik həcmli kreditləri üzrə ehtiyatı azalıb, orta həcmli kreditlər üzrə artıb. 
Kreditlərin keyfiyyətinə görə – ötən ilin sonundakı 246 milyon 719 min manat ehtiyatın 215 milyon 561 min manatını ödənişi 360 gündən çox gecikdirilmiş kredilər təşkil edib. 2021-ci ilin sonunda ödənişi 360 gündən çox gecikdirilmiş kredilərin məbləği 224 milyon 854 min manat təşkil etmişdi.
Ehtiyata vəsaitin ayrılılması kredit riskinin yarandığına işarədir. Kredit riski borcalanın öhdəliklərini vaxtında tam və ya qismən yerinə yetirməməsi nəticəsində zərərin yaranması riskidir. Verilən borcların qarşılığında ehtiyatın yaradılmasında məqsəd, borc qaytarılmadığı halda zərərin qarşılanmasıdır.
Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin 68%-i və ya 645 milyon 282 min manatı kənd təsərrüfatı sektoruna, 22%-i və ya 203 milyon 665 min manatı sənaye sektoruna, 10%-i və ya 97 milyon 111 min manatı xidmət sektoruna verilib. 
Sahibkarlığın İnkişafı Fondu dövlətin dəstəyi ilə sahibkarlar üçün güzəştli kreditlər ayırır. Güzştli kreditlər sahibkarlara müvəkkil kredit təşkilatları (banklar və bank olmayan kredit təşkilatları) vasitəsilə verilir.
50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır - DÖVLƏT FONDUNDA BÖYÜK KREDİT RİSKİ50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır - DÖVLƏT FONDUNDA BÖYÜK KREDİT RİSKİ50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır - DÖVLƏT FONDUNDA BÖYÜK KREDİT RİSKİ50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır - DÖVLƏT FONDUNDA BÖYÜK KREDİT RİSKİ50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır - DÖVLƏT FONDUNDA BÖYÜK KREDİT RİSKİ

Banklar     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bitcoin qiymeti investisiya internetden pul qazanmaq bank faizleri