9 ayda "Bank of Baku"nun kredit portfeli 91 milyon manatdan çox artıb
2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) "Bank of Baku" ASC-nin kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 91 milyon 561 min manat və ya 13,9% artaraq 30 sentyabr 2024-cü il tarixində 750 milyon 604 min manat təşkil edib. Bank ötən ilin sonunda 659 milyon 43 min manat kredit portfelinə malik idi.
Bu barədə Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.
O cümlədən, "Bank of Baku"nun istehlak kreditləri portfeli 88 milyon 928 min manat artaraq 564 milyon 983 min manata, ipoteka kreditləri portfeli 11 milyon 680 min manat artaraq 46 milyon 576 min manata çatıb. Bankın biznes kreditləri portfeli 9 milyon 43 min manat azalaraq 139 milyon 44 min manata düşüb.
"Bank of Baku"nun istehlak və daşınmaz əmlak (ipoteka) kreditləri portfellərində cəmi artım 100 milyon manatdan çox olub.
Həmçinin oxu
"Bank of Baku" 20 milyon manatdan çox xalis mənfəət açıqladı



Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv