ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək®7 may 2026-cı il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2025-ci ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.
Onun sözlərinə görə, bununla ABB ardıcıl 8-ci il səhmdarlarına yüksək dividendlər ödəmiş olacaq. ABB səhmdarları Bankın ötənilki mənfəətindən bu il də nominal qiymətdən 15.6% dividend gəliri qazanacaqlar. 
Səhmdarların pay bölgüsünə uyğun olaraq 200 000 000 manatlıq dividendin 184 000 000 manatı dövlətə, 16 000 000 manatı isə ABB-nin digər səhmdarlarına ödənəcək. 
Abbas İbrahimov ABB-nin 2026-2028-ci illər üzrə yeni strateji inkişaf hədəfləri haqqında da məlumat verib: "Hədəf seqmentlər üzrə bazar liderliyi, yeni sahələrə doğru genişlənmə, inteqrasiya olunmuş müştəriyönümlülük, ölkə üzrə istedad liderliyi yeni strategiyamızın başlıca hədəfləridir. Süni intellekt əsaslı innovasiyalar isə bu hədəflərə doğru irəlilədiyimiz yolda əsas aparıcı qüvvəmiz olacaq".
İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2025-ci il, eləcə də cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, maliyyə göstəriciləri, həyata keçirdiyi inkişaf layihələri, süni intellekt həlləri haqqında ətraflı məlumat verib.
Mətbuat konfransında ABB-nin 2025-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcəkABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək/ banker.az

Banklar     Tarix: 08 may 2026

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler dollar kursu biznes ideyalari bitkoin almaq avtomobil xeberleri