ABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIB

ABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIBƏsasən dövlətə məxsus "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ABB 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub. Bank 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 21,8% və ya 45 milyon 600 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. Nəzərə alsaq ki, 2021-ci ilin xalis mənfəətinin tərkibində törəmələrdən əldə edilmiş, əvvəlki illər üzrə yığılmış 40 milyon manat məbləğində birdəfəlik dividend gəlirləri də olmuşdur. Əvvəlki ilin mənfəətindəki bu gəlirlər nəzərə alınmadığı halda, 2022-ci ildə artım göstəriciləri daha yüksək olur.
Xatırladaq ki, ABB 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə bağlamışdı.
2022-ci ildə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri)780 milyon 239 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 29% və ya 175 milyon 588 min manat çoxdur. 2021-ci ildə ABB-nin cəmi əməliyyat gəlirləri 604 milyon 651 min manat təşkil etmişdi.
2022-ci ildə ABB-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 384 milyon 809 min manat təşkil edib. Bu, 2021-ci il ilə müqayisədə 17,8% və ya 58 milyon 186 min manat çoxdur. 2021-ci ildə ABB-nin cəmi əməliyyat xərcləri 326 milyon 623 min manat təşkil etmişdi.
ABB-nin cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən Bankın 395 milyon 430 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 278 milyon 28 min manat olmuşdu. Əməliyyat mənfəətindəki artım gəlirlərin xərclərdən 117 milyon 402 min manat daha çox artması ilə əlaqədardır. Diqqəti çəkən, ABB-nin əməliyyat mənfəətinin cəmi əməliyyat xərclərindən yüksək olmasıdır.
AKTİVLƏRİ 2,5 MİLYARD MANATDAN ÇOX ARTARAQ 14 MİLYARD MANATI KEÇİB
ABB-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 22,2% və ya 2 milyard 555 milyon 29 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 14 milyard 38 milyon 886 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 11 milyard 483 milyon 857 min manat cəmi aktivlərə malik idi. Bankın depozit portfelinin kəskin artması Bankın aktivlərinin artmasında da əks olunub.
KREDİT PORTFELİ 3,5 MİLYARD MANATI AŞIB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 13,9% və ya 431 milyon 135 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 3 milyard 530 milyon 582 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 3 milyard 99 milyon 447 min manata çatmışdı.
Ötən il ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitləri 7 dəfəyə yaxın artaraq 3 milyard 239 milyon 869 min manata yüksəlib. Bankın qiymətli kağızlara investisiyası isə 2,2 dəfə artaraq 3 milyard 40 milyon 217 min manata çatıb.
DEPOZİT PORTFELİ 11 MİLYARD MANATA DOĞRU İRƏLİLƏYİR
ABB-nin depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 28,6% və ya 2 milyard 360 milyon 686  min manat artaraq 31 dekabr 2022-ci il tarixində 10 milyard 622 milyon 352 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 8 milyard 261 milyon 666 min manat cəmi depozitlərə malik idi. Ötən il Bankda fiziki şəxslərin depozitləri 624 milyon 104 min manat, hüquqi şəxslərin depozitləri isə 1 milyard 736 milyon 582 min manat artıb.
31 dekabr 2022-ci il tarixində ABB 1 milyard 385 milyon 105 min manat məcmu kapitala malik olub. 31 dekabr 2021-ci il tarixində Bank 1 milyard 214 milyon 32 min manat məcmu kapitala malik idi.
1992-ci ildən fəaliyyət göstərən "ABB" ASC-nin nizamnamə kapitalının 96,59%-i dövlət müəssisələrinə məxsusdur.
ABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIBABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIBABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIBABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIBABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIB

Banklar     Tarix: 18 yanvar 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri