ABB-dən daha 3 hesabat
ABB ölkəmizin əmək bazarı, Azərbaycanda pərakəndə ticarət sektoru, həmçinin Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı daha 3 araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Əmək bazarı ilə bağlı Bankın 1-ci hesabatında 2024 – 2025-ci illər üzrə Azərbaycanın əmək bazarının mövcud vəziyyəti, qlobal trendlərin yerli bazara təsiri və əsas sosial iqtisadi göstəricilər təhlil edilir. Burada Azərbaycanın bölgələri üzrə işçi qüvvəsi, məşğul əhali və əməkhaqqı səviyyəsi barədə maraqlı məlumatlar verilir, fəaliyyət növləri, cins, yaş, təhsil və s. qrupları üzrə təsnifatlar aparılır, Azərbaycandakı əmək bazarının digər ölkələrlə müqayisəsi verilir.
Pərakəndə ticarət sektoru ilə bağlı hesabat isə ABB-nin bu mövzuda 2-ci hesabatıdır. Burada müvafiq sektorun istehlak bazarındakı payı müəyyənləşdirilir. Pərakəndə ticarət dövriyyəsi, onun növləri, pərakəndə ticarətin məhsul qrupları, istehlak qiymətləri indeksi, coğrafi təsnifat nəzərdən keçirilir, əhali üzrə analiz aparılır, elektron pərakəndə ticarət dövriyyəsinin əsas göstəriciləri təqdim olunur.
Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili ilə bağlı ABB-nin 4-cü hesabatında isə 2025-ci ilin 3 rübündə paytaxtın daşınmaz əmlak bazarındakı əsas tendensiyalar izlənir.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Whatsapp biznesin üstünlükləri nələrdir?