ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi®ABB ölkəmizdə kiçik sahibkarlığın inkişafına dəstək məqsədilə yeni maliyyə həllini bazara təqdim edib. Bankın kiçik bizneslər üçün məxsusi yaratdığı ABB Biz mobil tətbiqi artıq istifadəyə açıqdır. 
Tətbiq sadə və gözoxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq "Beyond banking" həllərini əhatə edir. 
Belə ki, fərdi sahibkarlar ABB Biz tətbiqi vasitəsilə qeydiyyatdan keçə, hesab aça, debet kart sifariş edə, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər. 
ABB Biz tətbiqi kiçik sahibkarlara xüsusilə böyük ehtiyac duyduqları xidmətdən – depozitsiz mobil POS terminaldan istifadə imkanı da yaradır. Bundan başqa, istifadəçilər QR kodlar yaradıb ən sərfəli şəkildə ödənişlər apara, eləcə də kodu paylaşıb başqalarından ödənişlər qəbul edə bilərlər. 
"E-Mühasibim" həlli ilə tətbiq üzərindən vaxt itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək olar. 
ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə, kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir. 
Hazırda ABB Business tətbiqindən istifadə edən sahibkarlar da ABB Biz-ə daxil olaraq bu tətbiqin geniş imkanlarından faydalana bilərlər. 
ABB-nin təqdim etdiyi bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin daha da şəffaflaşmasına kömək göstərəcək, kiçik bizneslər üçün maliyyə resurslarını əlçatan edəcək.
Tətbiqi iOS üçün buradan, Android üçün buradan yükləyə bilərsiniz. 
ABB Biz haqqında tanıtım videosunu isə buradan izləmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 24 iyul 2024

Oxşar xəbərlər

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun