ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi(®) ABB ölkəmizdə kiçik sahibkarlığın inkişafına dəstək məqsədilə yeni maliyyə həllini bazara təqdim edib. Bankın kiçik bizneslər üçün məxsusi yaratdığı ABB Biz mobil tətbiqi artıq istifadəyə açıqdır.

Tətbiq sadə və gözoxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq "Beyond banking" həllərini əhatə edir.
Belə ki, fərdi sahibkarlar ABB Biz tətbiqi vasitəsilə qeydiyyatdan keçə, hesab aça, debet kart sifariş edə, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər.
ABB Biz tətbiqi kiçik sahibkarlara xüsusilə böyük ehtiyac duyduqları xidmətdən - depozitsiz mobil POS terminaldan istifadə imkanı da yaradır. Bundan başqa, istifadəçilər QR kodlar yaradıb ən sərfəli şəkildə ödənişlər apara, eləcə də kodu paylaşıb başqalarından ödənişlər qəbul edə bilərlər.
"E-Mühasibim" həlli ilə tətbiq üzərindən vaxt itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək olar.
ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə, kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir.
Hazırda ABB Business tətbiqindən istifadə edən sahibkarlar da ABB Biz-ə daxil olaraq bu tətbiqin geniş imkanlarından faydalana bilərlər.
ABB-nin təqdim etdiyi bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin daha da şəffaflaşmasına kömək göstərəcək, kiçik bizneslər üçün maliyyə resurslarını əlçatan edəcək.
Tətbiqi iOS üçün buradan, Android üçün buradan yükləyə bilərsiniz.
ABB Biz haqqında tanıtım videosunu isə buradan izləmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 24 iyul 2024

Oxşar xəbərlər

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləy

Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır. Bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bankların xərcləri artır

Ziraat Bank Azərbaycan "Human vs AI" mövzusunda tədbirə dəstək oldu

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə "Human vs AI: Competition or Cooperation?" mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəli

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon  manata çatıb. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib ki, ötürülən portfelin böyük hissəs

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"


iqtisadi xeberler en son xeberler kicik biznes leobank kart internetden pul qazanmaq