ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək

ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək®Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə tərəfdaşlığı genişləndirərək universitet-biznes münasibətlərinə töhfə verən ABB bu istiqamətdə daha bir addım atıb. Bank Qarabağ Universiteti ilə də əməkdaşlığa başlayıb. ABB və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Qarabağ Universitetində keçirilən tədbirdə sənədi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb. 
Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, ABB Universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə təqaüd "Natəvan təqaüdü" adlandırılıb. 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri üçün ABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Bankın Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bank əməkdaşları tərəfindən Universitetdə xüsusi təlimlərin təşkili, həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları üçün Universitetdə müvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq planlarına daxildir. 
Bundan başqa, ABB-nin dəstəyi ilə Qarabağ Universitetində karyera günlərinin keçirilməsi, burada ABB-nin tədris auditoriyasının yaradılması, birlikdə elmi konfransların və digər tədbirlərin təşkili, müştərək elmi-tədqiqat layihələrinin reallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi də nəzərdə tutulur. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "ABB olaraq ölkəmizdəki bir çox universitetlərlə sıx əlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ Universitetinin də ilk tərəfdaşıyıq. Son illərdə təhsilə dəstək, biznes-universitet əməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübə gələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis etdiyi "Natəvan" təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanım tələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlarda liderlik bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar məkanına çevirmək hamımızın birgə missiyamızdır". 
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Universitetə qəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik və inzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib. Universitetdə təhsil səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb: "Dövlət rəhbərimiz Qarabağ Universiteti qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Bu vəzifələri uğurla yerinə yetirmək üçün belə tərəfdaşlıqlar bizim üçün zəruridir. ABB ilə imzaladığımız bu memorandum faydalı bir təcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz, həm ABB əməkdaşları üçün yeni imkanlar yaradacaq". 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcəkABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcəkABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək/ banker.az

Banklar     Tarix: 17 oktyabr 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes