ABB səhmlərinə 20 000-dən çox sifariş yerləşdirilib - Bankın sədri maraqlı faktlar açıqladı
ABB-nin səhmlərinə abunə yazılışının başlanmasından ötən 55 gün ərzində ABB səhmlərinə 15 000-dən çox investor tərəfindən 20 000-dən artıq sifariş yerləşdirilib. Təkcə son həftə ərzində 4 minə yaxın yeni investor cəlb edilib. Bu, rekord göstəricidir.
Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün sosial media hesablarında yazıb.
Onun açıqlamasına görə, ABB-nin potensial səhmdarlarının 25%-i gənclərdir. "Gənclərimizin ABB-yə inamı bizim üçün çox dəyərlidir" – İdarə Heyətinin sədri qeyd edib.
Abbas İbrahimov sifarişlərin 85%-dən çox hissəsinin məhz rəqəmsal kanallarda yerləşdirildiyini xüsusi vurğulayıb və "Kapital bazarlarının rəqəmsallaşdırılmasında pionerlik etmək ayrı bir fəxr hissidir" – deyə bildirib.
İdarə Heyəti sədrinin verdiyi məlumata görə, səhmlərə abunə yazılışının 34%-i regionların payına düşür. Ölkə miqyasında maliyyə maarifləndirilməsinin nəticələr verməsi baxımından bu, sevindirici göstəricidir. / marja.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?