ABB səhmlərinə 20 000-dən çox sifariş yerləşdirilib – İdarə Heyətinin sədri maraqlı faktlar açıqladı
ABB-nin səhmlərinə abunə yazılışının başlanmasından ötən 55 gün ərzində ABB səhmlərinə 15 000-dən çox investor tərəfindən 20 000-dən artıq sifariş yerləşdirilib. Təkcə son həftə ərzində 4 minə yaxın yeni investor cəlb edilib. Bu, rekord göstəricidir.
Banker.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün sosial media hesablarında yazıb. Onun açıqlamasına görə, ABB-nin potensial səhmdarlarının 25%-i gənclərdir. "Gənclərimizin ABB-yə inamı bizim üçün çox dəyərlidir" – İdarə Heyətinin sədri qeyd edib.
Abbas İbrahimov sifarişlərin 85%-dən çox hissəsinin məhz rəqəmsal kanallarda yerləşdirildiyini xüsusi vurğulayıb və "Kapital bazarlarının rəqəmsallaşdırılmasında pionerlik etmək ayrı bir fəxr hissidir" – deyə bildirib.
İdarə Heyəti sədrinin verdiyi məlumata görə, səhmlərə abunə yazılışının 34%-i regionların payına düşür. Ölkə miqyasında maliyyə maarifləndirilməsinin nəticələr verməsi baxımından bu, sevindirici göstəricidir.

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?