ABB tarixi binasının açılışını etdi

ABB tarixi binasının açılışını etdi®ABB-nin "Mərkəzi" filialı yenidən öz tarixi ofisində müştərilərə xidmətə
başlayıb. "Mərkəzi" filial Hacı Zeynalabdin Tağıyev küçəsi – 3 ünvanında, XX əsrin
əvvəllərində məhz bank binası kimi inşa olunmuş məşhur tikilidə fəaliyyət göstərir.
30 yanvar 2023-cü ildə binanın açılışı olub. Tədbirdə binanın tarixi haqqında
məlumat verilib, bu barədə qısa film nümayiş etdirilib. İştirakçılar binada təşkil edilmiş
və bankçılıq fəaliyyətinin müxtəlif dövrlərinə dair maraqlı eksponatlar yerləşdirilmiş
tarixi guşə ilə də tanış olublar. Həmçinin müştərilərə ən yüksək səviyyədə xidmət üçün
filial binasında yaradılmış imkanlar təqdim edilib.
ABB-nin "Mərkəzi" filialının ofisi yerləşən tikilinin təməli 1903-cü ildə qoyulub.
Bank üçün nəzərdə tutulduğundan fasadında "Банкъ" sözü və qədim Roma
mifologiyasına görə Ticarət tanrısı sayılan Merkurinin təsviri işlənib. 1905-ci ildən
burada "Societe Generale" qrupunun törəmə bankı olan Şimal Bankının Bakı şöbəsi
fəaliyyətə başlayıb. 1910-1920-ci illərdə isə o dövrdə ölkənin ən böyük bankı sayılan
"Rusiya-Asiya Bankı"nın Bakı şöbəsi yerləşib. 1924-cü ildən sonra binada keçmiş SSRİ
Dövlət Bankının Bakıdakı kassalarından biri xidmət göstərib. Ötən əsrin 50-ci illərindən
binada Kommunal Təsərrüfat və Tikinti Bankı yerləşib. 60-cı illərdə tikilinin ayrı-ayrı
hissələrindən bank fəaliyyətindən kənar müxtəlif təyinatlarla istifadə edilib. Daha sonra
binada SSRİ banklarından birinin Bakı kontoru fəaliyyət göstərib.
1992-ci ilin 10 yanvarında ABB yarandıqdan sonra Bankın Baş ofisi burada
fəaliyyətə başlayıb. 1995-ci ildən ABB-nin "Mərkəzi" filialı bu binada müştərilərə
xidməti davam etdirməkdədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı
ilə bina milli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində daxili və xaricinin tarixi
görkəmi tam qorunmaqla binada əsaslı təmir-bərpa işləri aparılıb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov binanın tarixi əhəmiyyətindən
danışıb: "Bu bina keçmişlə gələcək arasında vəhdət yaradır. Onun tarixi görkəmi
tam qorunmaqla təmiri və açılışı xidmət ofislərimizin yenilənən simasının
göstəricisidir. ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat
Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
ABB tarixi binasının açılışını etdiABB tarixi binasının açılışını etdi/ banker.az

Banklar     Tarix: 01 fevral 2023

Oxşar xəbərlər

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır

ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır. Bank indiyə qədər özünün ABB mobil

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2026-cı il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyn

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

Expressbankda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. 8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş Ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkə

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb


iqtisadi xeberler birbank kripto dollar manat kursu investisiya