ABB tərəfindən Bank "BTB" ASC-nin aktivlərinin alınmasına dair məlumat
®Bank "BTB" ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank "BTB" ASC ilə ABB arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanmışdır. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur.
Proses çərçivəsində Bank "BTB" ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq.
Bank "BTB" ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər.
Bank "BTB" ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin ABB tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərinin edilməsi və müvafiq sənədləşmə işləri üçün ABB-nin istənilən filial və ya şöbəsinə yaxınlaşa bilərlər.
Qeyd olunan məsələlərlə bağlı ABB-nin Məlumat Mərkəzinə (937) müraciət etməklə əlavə məlumat əldə oluna bilər. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?