AccessBank 2023-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2023-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını açıqlayır®Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır. 
Ətraflı məlumat əldə etmək üçün:
Bank, 2023-cü ilin 1-ci rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub.  
Kredit portfeli rüb ərzində 7.9% artaraq, 877.9 milyon manata yüksəlib.
Kredit portfelinin 76.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Rüb ərzində biznes portfeli 6.3% və ya 40.0 milyon manat artıb. Rüb ərzində verilmiş biznes kreditlərinin 50.9%-i regionların payına düşür. 
AccessBank-ın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
Faiz gəlirləri 39.1% artaraq, 42.7 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 49.4% artıb və 26.1 milyon manata yüksəlib. 
Qeyri-faiz gəlirləri 1.4 dəfə artaraq, 4.2 milyon manatı ötüb. 
Xalis əməliyyat mənfəəti 3.5 dəfə artaraq, 10.6 milyon manata çatıb. 
Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.8 dəfə artaraq 5.5 milyon manata çatıb.  
Bütövlükdə, Bankın aktivləri rüb ərzində 7.8% artaraq, hesabat dövrünün sonunda 1.3 milyard manata çatıb. 
Eyni zamanda, bankın likvid aktivləri 274.5 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 21.8%-i həcmindədir. 
Depozit portfeli rüb ərzində 10.3% artıb və l rübün sonuna 948.8 milyon manat təşkil edir. 
Əhalinin müddətli əmanətləri rüb ərzində 5.1% artaraq, 627.5 milyon manata çatıb.
AccesBankın kapital buferi də böyüyüb. Rüb ərzində məcmu kapitalın həcmi 6.4% və ya 6.5 milyon manat artaraq 107.6 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır. 
Keyfiyyətli xidmət, sürətli kreditləşmə Bankın müştəri bazasının daha da genişlənməsini təşviq edir. Hesabat dövrünə cəmi müştərilərin sayı 535 minə yüksəlib.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın rüblük göstəricilərini şərh edib:" Komandamızın davamlı və güclü fəaliyyətini görməyə şadıq. Bank strategiyasını yerinə yetirmək üzrə tam gücü ilə işləyir və biz bütün biznes seqmentlərimizdə artım görməkdən çox məmnunuq."
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne