AccessBank biznes müştəriləri üçün innovativ ödəniş həllini təqdim edir

AccessBank biznes müştəriləri üçün innovativ ödəniş həllini təqdim edir®AccessBank müştəriyönümlü strategiyasını davam etdirərək, biznes sahibləri üçün daha bir rahat xidməti – myPOS  mobil ödəniş həllini təqdim edir. Bu xidmətin sayəsində smartfon artıq ödəniş terminalı kimi istifadə oluna bilər. Yenilik qlobal rəqəmsal ödəniş sahəsinin lideri olan Visa şirkətinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət haqqında ətraflı məlumat üçün linkə keçid:
myPOS – tapXphone texnologiyası əsasında hazırlanmış, POS-terminal əvəzinə mobil telefon vasitəsilə ödəniş qəbul etməyə imkan verən sistemdir. Xüsusilə kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub: kafe və restoran sahibləri, gözəllik salonları, çatdırılma xidmətləri, taksi sürücüləri və səyyar satışla məşğul olanlar bu xidmətin rahatlığından yararlana bilərlər. Bunun üçün sadəcə NFC dəstəkləyən Android telefon və tapXphone ilə myPOS tətbiqlərini yükləmək kifayətdir. Əlavə cihaz almağa və ya texniki xidmətə pul xərcləməyə ehtiyac yoxdur.
Müştərilər isə əvvəlki kimi rahat şəkildə təmassız bank kartı, smartfon, ağıllı saat və digər cihazlarla ödəniş edə biləcək.
"AccessBank olaraq müştərilərimizə müasir rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun innovativ həllər təqdim etməyə daim çalışırıq. Kiçik və orta biznes üçün əməliyyat xərclərinin optimallaşdırılması və müştəri məmnuniyyətinin artırılması xüsusilə vacibdir. Bu həll müştərilərimizə yeni imkanlar açır: əlavə avadanlıq xərci olmadan, istənilən vaxt və məkanda ödəniş qəbul edə bilərlər. Bu texnoloji, sərfəli və tam təhlükəsiz bir alətdir və dəyişkən dünyada biznesin inkişafını dəstəkləyir", – AccessBank nümayəndəsi bildirib.
"Mobil cihazın bank terminalına çevrilməsi texnologiyası artıq dünyanın bir çox ölkəsində özünü doğruldub. Azərbaycanda nağdsız əməliyyatlar sürətlə inkişaf edir və bizneslər yeni ödəniş həllərinə böyük maraq göstərir. Əminik ki, bu birgə həll vasitəsilə AccessBank-ın ölkənin müxtəlif regionlarından minlərlə müştərisi ödənişləri tez, rahat və asan şəkildə qəbul edə biləcək. Bununla yanaşı, tapXphone beynəlxalq ödəniş sistemlərinin bütün təhlükəsizlik tələblərinə cavab verdiyi üçün sahibkarlar əməliyyatların təhlükəsizliyindən əmin ola bilərlər", – tətbiqin istehsalçıları əlavə edib.
Xidmətə qoşulmaq üçün AccessBank-a müraciət etmək kifayətdir — bankın mütəxəssisləri sizə bütün mərhələlərdə, o cümlədən məsləhətləşmə, qoşulma və tətbiqin qurulması prosesində tam dəstək göstərəcəklər. / banker.az

Banklar     Tarix: 01 avqust 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler rubl mezenne bitcoin birbank leobank kart