AccessBank-da müştəri xidmətlərində "Free Fridays" günləri
®AccessBank müştəriləri çevik və yüksək keyfiyyətli bank xidmətləri ilə təmin etməklə yanaşı, həm də onlara maksimum rahat mühit təqdim edir.
Çünki AccessBank-da hər cümə günü səmimi ortam – "Free Fridays"dir. Belə ki, məhz bu gün AccessBank əməkdaşları müştərilərə qeyri-rəsmi geyim tərzində xidmət göstərir. Rahat geyim tərzi həm əməkdaşların, həm də müştərilərin daha rahat və səmimi ünsiyyət qurmasına yardım, bank xidmətlərinin isə daha effektiv olmasına töhfə verir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

/ banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta nədir?
ƏDV geri al və onun üstünlükləri
Onlayn biznes ideyaları