AccessBank-dan gömrük, vergi, səhiyyə və təhsil işçiləri üçün 7%-dək endirimlə nağd kredit imkanı
®AccessBank maliyyə imkanlarını daha da əlçatan etmək məqsədilə gömrük, vergi, tibb və təhsil sahəsində çalışan şəxslər üçün yeni sərfəli nağd kredit təklifini təqdim edir. Bankın xüsusi kampaniyası çərçivəsində müştərilər 40 000 manatadək nağd krediti daha əlverişli şərtlərlə əldə edə biləcəklər.
Təklif çərçivəsində müştərilərə mövcud tariflərlə müqayisədə illik faiz dərəcəsində 7%-dək endirim təqdim olunur. Nağd kredit məhsulu üzrə illik faiz dərəcəsi minimum 10%, maksimum isə 17% təşkil edir. Kreditin Faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və seçilən müddətə, komissiya və kredit məbləğinə uyğun olaraq dəyişə bilər. Komissiya: 1–4%, kredit müddəti isə 6 aydan 48 ayadək nəzərdə tutulur.
Müştərinin istəyinə uyğun olaraq faizsiz kredit kartı da təqdim olunur ki, bu da gündəlik ödənişlərin daha rahat və çevik şəkildə idarə edilməsinə imkan yaradır.
Kampaniya 19 noyabr 2025-ci ildən 30 dekabr 2025-ci ilədək etibarlıdır.
AccessBank müştərilərinin maliyyə planlamasını sadələşdirən, onların gündəlik ehtiyaclarına uyğun sərfəli və etibarlı həllər təqdim etməyə davam edir
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 23-i bölgələrdə olmaqla, 37 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
/ banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv