AccessBank-dan "OK Kart" – Yenilənmiş limitsiz keşbek qazandıran kredit kartı
(®) Müştəri məmnuniyyətini artırmaq və gündəlik maliyyə idarəsini daha da asanlaşdırmaq məqsədilə AccessBank "OK Kart" kredit kartının yenilənmiş versiyasını təqdim edir.
"OK Kart"ın əsas üstünlüklərindən biri limitsiz keşbek qazandırmasıdır. İstifadəçilər seçdikləri xərcləmə kateqoriyalarında qazandıqları keşbeki heç bir məhdudiyyət olmadan toplaya bilir ki, bu da kart sahiblərinə alış-verişlərindən maksimum fayda əldə etməyə imkan yaradır.
Yenilənmiş "OK Kart" müştərilərə limitsiz keşbek toplamaq imkanı yaradır. İstifadəçilər seçdikləri xərcləmə istiqamətlərində hər ay 5%-dək keşbek qazanaraq gündəlik alış-verişlərini daha faydalı edə bilirlər. Market, kafe, geyim, kinoteatr, aptek, gözəllik və SPA, yanacaq, idman və digər sahələr üzrə seçim imkanı kart sahiblərinə xərclərini öz həyat tərzinə uyğun planlaşdırmaq imkanı verir.
Kartın digər üstünlüyü isə ödənişlərin rahatlığında özünü göstərir. Əsas borcu dərhal ödəmək mümkün olmadıqda, müştərilər minimal komissiya ilə borcu hissə-hissə qaytara bilirlər. Uzunmüddətli istifadə zamanı isə hər tam və natamam xərclənən 200 AZN görə 5 AZN komissiya tətbiq edilir ki, bu da "OK Kart"-ı bazarda daha əlçatan edir.
Sadəcə şəxsiyyət vəsiqəsi və minimum 400 AZN gəlir əsasında əldə olunan "OK Kart" gündəlik maliyyə əməliyyatlarını daha sərfəli, çevik və rahat edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi