AccessBank korporativ sosial məsuliyyət çərçivəsində "İçərişəhər" Qoruğu ilə əməkdaşlığa başlayıb
®AccessBank korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlığa başlayıb. İlk təşəbbüs kimi Qala qoruğu ərazisində yaşayan və bu il ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib.
Görüşdə AccessBank-ın Baş Əməliyyat İnzibatçısı Teymur Ağakişiyev, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmud, Milli Məclisin deputatı Gülşən Paşayeva və Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova iştirak edərək gəncləri səmimi təbrik edib, təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tələbələrə AccessBank-ın myCard Junior kartları təqdim olunub. Bu hədiyyə gənclərə gündəlik xərclərini rahat idarə etmək və sağlam maliyyə vərdişləri formalaşdırmaq üçün dəstək olacaq.
Bu təşəbbüs AccessBank-ın gənclərin inkişafına verdiyi dəstəyin davamlı xarakter daşıdığını bir daha göstərir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi