"AccessBank"ın ötən il mənfəəti 14 dəfə artıb

"AccessBank" 2022-ci ili 15 milyon 37 min manat mənfəətlə başa vurub. 2021-ci ildə bankın mənfəəti 1 milyon 106 min manat olmuşdur ki, bu da illik müqayisədə 14 dəfəyə yaxın artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
2022-ci ildə "AccessBank"ın gəlirləri 153 milyon 633 min manat (əvvəlki ilə nisbətən 37% çox), xərcləri 129 milyon 299 min manat təşkil edib. Əvvəlki ildə bankın gəlirləri 111 milyon 962 min manat, xərcləri isə 110 milyon 698 min manat olub. Gəlirləri xərclərini üstələdiyindən ötən il "AccessBank" 24 milyon 334 min manat əməliyyat mənfəəti edib. 2021-ci ildə bu göstərici 1 milyon 264 min manat olub. (19.3 dəfə artım)
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu ilin yanvarın 1-nə "AccessBank"ın aktivləri 1 milyard 169 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 1.3 dəfə çoxdur. Bunun 813 milyon 549 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 29% böyüyüb.
"AccessBank"ın istehlak kreditləri 86 milyon 221 min manatdan 174 milyon 215 min manata, biznes kreditləri 539 milyon 369 min manatdan 634 milyon 17 min manata çatıb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə "AccessBank"ın öhdəlikləri 1.3 dəfə artaraq 1 milyard 56 milyon manata, depozit portfeli 25% artaraq 860 milyon 54 min manat, kapitalı 26% artaraq 112 milyon 762 min manata çatıb.

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək


iqtisadi xeberler bu gunun xeberleri dollar mezenne valyuta kurslari bitkoin