AFB Bank biznes müştəriləri üçün "Qazanclı Başlanğıc" kampaniyasını təqdim edir
®AFB Bank yeni fərdi sahibkar və korporativ müştərilər üçün biznes hesablarının açılması üzrə xüsusi "Qazanclı Başlanğıc" kampaniyasını elan edir. Kampaniya çərçivəsində bank xidmətlərindən ödənişsiz və endirimli şərtlərlə yararlanmaq mümkündür.
Kampaniya şərtlərinə əsasən, AFB Bank-da ilk hesabını açan müştərilər üçün cari hesabın açılması, çek kitabçasının verilməsi, köçürmə sənədlərinin tərtib olunması, əməkhaqqı layihəsi üzrə komissiya, əməkhaqqı kartları, biznes kartlar və digər xidmətlər ödənişsiz təqdim olunur.
Bundan əlavə, biznes müştəriləri ölkədaxili (AZN) köçürmələrdə 50%, ölkəxarici köçürmələrdə isə 20% endirim əldə edəcək. Üstünlüklər bununa da bitmir. Müştərilərə əlavə olaraq POS terminallar ödənişsiz təqdim edilir. Qeyd olunan imkanlar yalnız başlanğıcdır – AFB Bank biznes müştəriləri üçün daha bir çox əlavə üstünlüklər təqdim edir. Bütün detallarla tanış olmaq üçün linkə keçid edə bilərsiniz.
Bank, bu kampaniya çərçivəsində yeni müştərilərinə biznes fəaliyyətlərində daha sərfəli imkanlar yaradaraq onların maliyyə yoluna qazanclı bir başlanğıc bəxş edir. Məqsəd biznes müştərilərinin gündəlik bank əməliyyatlarını daha əlçatan və sərfəli etməkdir.
Qeyd edək ki, AFB Bank universial fəaliyyət göstərən maliyyə qurumu olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşiddə bank xidmətləri təqdim edir. Bankın bu il qəbul etdiyi "Transformasiya Strategiyası"-nda müştəri yönümlü həllərin genişləndirilməsi və bizneslər üçün daha əlverişli imkanların yaradılması istiqamətində atılan addımları özündə birləşdirir. "Qazanclı Başlanğıc" kampaniyası isə bu strategiyanın uğurlu nümunələrindən biridir. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi