AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi
AFB Bank son dövrlərdə maliyyə göstəricilərində əhəmiyyətli yüksəliş əldə edərək inkişaf tempini davam etdirir. Bankın aktivləri 1 dekabr tarixinə 400 milyon manatı ötüb, kredit portfeli isə 50% artaraq 283 milyon manat təşkil edib. Bu müsbət dinamika AFB Bank-ın səmərəli idarəetmə modeli, risklərin sağlam şəkildə idarə olunması və müştəri yönümlü strategiyasının uğurlu tətbiqinin nəticəsidir.
Yeni strategiya çərçivəsində Bank biznes subyektlərinə xidmət spektrini genişləndirərək onların fəaliyyətini asanlaşdıran bir sıra yenilikləri istifadəyə verib. Sürətli Tender Qarantiyası xidməti sahibkarlara girovsuz şəkildə, cəmi 1 iş günü ərzində tenderdə iştirak üçün tələb olunan təminatı əldə etmək imkanı yaradır. Bununla yanaşı, tam yenilənmiş İnternet Bankçılığı platforması korporativ müştərilərə gündəlik əməliyyatları daha sürətli, funksional və təhlükəsiz şəkildə həyata keçirmək imkanı verir. Bu həllər biznes proseslərinin rəqəmsallaşdırılmasını və operativ qərarverməni daha da gücləndirir.
Strategiyanın tərkib hissəsi olaraq fərdi müştərilərin ehtiyacları da xüsusi diqqətə alınıb. Onlayn Kredit müştərilərə sadə müraciət prosesi, sürətli sənədləşdirmə və əlverişli ödəniş şərtləri təklif edir. Məhsulun daha çevik mexanizmlə təqdim olunması gündəlik maliyyə ehtiyaclarına uyğun həllərin əlçatanlığını artırıb və kredit portfelinin artımına müsbət təsir göstərib.
Bankın maliyyə sabitliyinə və dayanıqlılığına olan etibarın əsas göstəricilərindən biri də AFB Bank tərəfindən ilk dəfə buraxılan İstiqrazlara investor tələbatının yüksək olmasıdır. Buraxılışın qısa müddətdə tam yerləşdirilməsi bazarda bankın etibarlılığına olan inamı bir daha təsdiq edib. İnkişafda olan AFB Bank-ın istiqrazları təklif edilən gəlirlilik də nəzərə alınmaqla investorlar üçün cəlbedici investisiya alətinə çevrilmişdir.
Beynəlxalq səviyyədə də Bankın maliyyə sabitliyi təsdiq olunub. Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Bu qiymətləndirmə Bankın güclü kapitallaşması, adekvat likvidlik ehtiyatları və stabil maliyyə performansı ilə əsaslandırılıb.
AFB Bank-ın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib:
"Bankın əldə etdiyi nəticələr təkcə satışa deyil, eyni zamanda innovasiyaya, risklərin idarə edilməsinə və ən əsası insan kapitalına qoyulan ardıcıl investisiyaların bəhrəsidir. Transformasiya Strategiyasının tərkib hissəsi olan bu yanaşma Bankı daha dayanıqlı, daha çevik və daha cəlbedici maliyyə institutu kimi möhkəmləndirir və AFB Bank bundan sonra da dayanıqlı inkişafı, innovativ həllərin tətbiqini və yüksək xidmət keyfiyyətini prioritet istiqamətlər kimi davam etdirəcək.
Qeyd edək ki, AFB Bank hazırda ölkə üzrə 11 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bankın qəbul etdiyi Transformasiya Strategiyası müştəri yönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin təkmilləşdirilməsini və bizneslər üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv