AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
®Sağlamlığımızın keşiyində duran tibb işçilərinə dəstək olmaq məqsədilə AFB Bank "Nağd pul krediti" üzrə xüsusi kampaniya elan edir. Bu təşəbbüs sayəsində tibb sahəsində çalışan mütəxəssislər daha sərfəli və rahat şərtlərlə kredit əldə etmək imkanı qazanırlar.
Kampaniya çərçivəsində rəsmiləşdirilən kreditlər illik 10.5%-dən başlayan faiz dərəcəsi ilə təqdim olunur. Bundan əlavə, tibb işçilərinə xüsusi olaraq 3%-dək endirim tətbiq edilir. Bu şərtlər onların maliyyə yükünü yüngülləşdirərək daha əlçatan kredit imkanları yaradır.
Əlavə üstünlüklərdən biri isə kreditin tam başdan-başa onlayn şəkildə rəsmiləşdirilməsidir. Bu, tibb işçilərinə vaxt itkisi olmadan, banka gəlmədən və iş qrafikini pozmadan kredit əldə etməyə şərait yaradır. Hətta onlayn sifariş zamanı kredit tamamilə komissiyasız təqdim olunur. Beləliklə, tibb sahəsində çalışanlar həm sərfəli maliyyə dəstəyi qazanırlar, həm də vaxta qənaət edirlər.
Kampaniya 31.10.2025 tarixinə qədər davam edəcək. Müddət bitmədən kampaniyadan yararlanmaq üçün elə indi müraciət edin.
Bu kampaniya ilə bank yalnız kredit məhsulu təqdim etmir, həm də cəmiyyət üçün önəmli olan tibb işçilərinə təşəkkürünü ifadə edir. Onların gündəlik həyatını asanlaşdırmaq üçün uyğun maliyyə həlləri təqdim etməkdə davam edir.
AFB Bank bu il qəbul etdiyi "Transformasiya Strategiyası" çərçivəsində müştəri yönümlü həllərin genişləndirilməsinə, rəqəmsal məhsulların təkmilləşdirilməsinə, daha əlçatan maliyyə xidmətlərinin təqdim olunmasına və kampaniyaların həyata keçirilməsinə xüsusi önəm verir. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi