"AFB Bank"da Zəfər günü ərəfəsində Qanvermə aksiyası keçirilib
®AFB Bankın Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində "Talassemiyasız yaşam üçün" – "Qan ver, həyat qurtar!" şüarı altında qanvermə aksiyası baş tutub.
Aksiya, Zəfər günü öncəsi AFB Bank və Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə əməkdaşlar arasında könüllü şəkildə həyata keçirilib.
Bankın mərkəzi ofisində təşkil olunan aksiyada iştirak edərək, qana ehtiyacı olan insanlara dəstək olan işçilərin ilk olaraq sağlamlıq vəziyyəti həkim hemotoloqlar tərəfindən yoxlanılmış və daha sonra qan götürülmüşdür.
Yığılan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.










/ banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İnstaqramda biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq üçün nə lazımdır?