AİB Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının istiqamətlərini açıqlayıb

AİB Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının istiqamətlərini açıqlayıbAsiya İnkişaf Bankı (AİB) 2024-cü ildə Azərbaycanla 2024-2028-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq strategiyasını həyata keçirməyə başlayacaq.
AİB-nin cari əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının gücləndirilməsinə yönəlmiş və 2019-2023-cü illər üçün olan tərəfdaşlıq strategiyası çərçivəsində həyata keçirilir.
"2023-cü ildən 2026-cı ilə qədər AİB energetika, nəqliyyat, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı və təhsilə diqqət yetirəcək. Bank yaxşı inteqrasiya olunmuş regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın genişləndirilməsində hökumətə dəstək verəcək. AİB-nin iştirakı ilə regional suvarma şəbəkəsinin bərpası kənd təsərrüfatı məhsuldarlığını artıracaq və ərzaq təhlükəsizliyinin qorunmasına kömək edəcək. Enerji islahatları əsas ötürmə və paylama infrastrukturunun inkişafı və bu sektorda innovativ təşəbbüslərin qəbulu ilə dəstəklənəcək.
Texniki peşə təhsilinin inkişafına investisiya qoyuluşu ölkədə insan kapitalını gücləndirəcək. Bu, həmçinin müasir peşə məktəblərinin təkmilləşdirilməsinə və qurulmasına və siyasi islahatların təşviqinə kömək edəcək", – bank hesab edir.
AİB özəl sektoru ticarət, maliyyə, KOS-un genişləndirilməsi və infrastrukturun inkişafı ilə bağlı layihələrə cəlb edəcək. "Bank həmçinin yerli valyutada maliyyələşdirməni özəl sektora yerli valyuta istiqrazları vasitəsilə təqdim etmək üçün hökumətlə sıx əməkdaşlıq edir" – bankın informasiya bülletenində deyilir.
AİB-dən vurğulayıblar ki, Azərbaycan hökumətin 10 illik "Azərbaycan 2030: Milli Sosial-İqtisadi İnkişaf" inkişaf strategiyasına uyğun olaraq dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına, inklüziv cəmiyyətin qurulmasına, insan kapitalının təkmilləşdirilməsinə, "yaşıl" inkişafa doğru irəliləməyə və infrastrukturun təkmilləşdirilməsinə sadiqdir.
"İndi hökumət xarici borcları azaltmaq niyyətindədir və innovasiyalar və yüksək texnologiyalar üçün xarici borclanma imkanlarını nəzərdən keçirir. AİB bu cür layihələrin seçmə kreditləşməsinə şərait yaratmaq üçün hökumətlə sıx əməkdaşlıq edir. Layihələrdə gender bərabərliyi tədbirlərinin təkmilləşdirilməsi, icraçı müəssiələrin idarəetmə və institusional potensialının gücləndirilməsi, eləcə də investisiyaların maliyyə dayanıqlığının təşviqi əsas istiqamətlərdir", – bülletendə qeyd olunur.
Bu günə qədər AİB Azərbaycana dövlət sektoruna 67 kredit və ümumi məbləği 3,7 milyard ABŞ dolları olan texniki yardım və qrant təqdim edib. Azərbaycana kredit ödənişlərinin ümumi məbləği 3,96 milyard ABŞ dolları təşkil edir. Onlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilirdi. AİB-nin Azərbaycandakı cari suveren portfelinə 565,2 milyon ABŞ dolları məbləğində 1 kredit və 1 suveren zəmanət daxildir.
31 dekabr 2022-ci il tarixinə AİB-nin Azərbaycandakı qeyri-suveren əməliyyatları üzrə cəmi ödənilməmiş kreditlər və ödənilməmiş öhdəliklər 34,7 milyon ABŞ dolları təşkil edir ki, bu da AİB-nin ümumi özəl sektor portfelinin 0,27%-ni təşkil edir. 2004-cü ildən bəri 8 investisiya layihəsi üzrə qeyri-suveren birgə maliyyələşdirmənin ümumi məbləği 1,22 milyard ABŞ dolları təşkil edir. / banker.az

Banklar     Tarix: 08 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq