"AlfaSığorta" AZAL-ın qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Katau şəhəri yaxınlığında qəzaya uğramış "Embraer 190" markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
Bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.
"Həm təyyarə, həm də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti "AlfaSığorta"da sığortalanmışdı. Riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti"nə təkrar sığortaya yönəldilmişdi. Tam sığorta ödənişi fevralda həyata keçirilib", - o qeyd edib.
Bununla belə, baş direktorun müavini kompensasiyanın məbləğini açıqlamayıb.
İ.Kabaçnik sığortaçının aviasiya hadisəsinin rəsmi araşdırılmasının başa çatmasını gözləməməsini səbəbini də izah edib.
"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin məhv olması faktı vacibdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır", - o qeyd edib.
Aviadaşıyıcının üçüncü şəxslər qarşısında məsuliyyət sığortası haqqında müqaviləyə gəlincə, İ.Kabaçnik deyib: "Yerdə dəymiş zərərlə bağlı hər hansı iddia barədə məlumatımız yoxdur və biz bunları gözləmirik. Əgər belə iddialar yaranarsa, aviaşirkətlə birlikdə onlarla müəyyən olunmuş qaydada işləyəcəyik".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?