AMB 2023-cü ildə ölkədə nağdsız ödənişlərin payını 48%-ə qaldırmaq istəyir

AMB 2023-cü ildə ölkədə nağdsız ödənişlərin payını 48%-ə qaldırmaq istəyir2023-cü il ərzində Mərkəzi Bank tərəfindən "Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyası"nın hədəflərinə uyğun olaraq davam etdirləcək.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmal göstəricilərinə istinadla bildirilir.
Tədbirlərin icrasına bunları daxil edir:
Rəqəmsal ödənişlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi və innovativ həllərin təqdim edilməsi;
Rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi;
Ödəniş ekosisteminin risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması;
Rəqəmsal ödənişlər üzrə inklüzivliyin artırılması və məsafəli bank xidmətlərinə universal çıxışın təmin edilməsi;
Maliyyə savadlığının artırılması, biznes və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi.
Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, cari hesablardan aparılan müştəri köçürmələrində elektron bankçılığın xüsusi çəkisi üzrə indikator göstəricisinin 2023-cü il üçün 85%-ə, təmassız ödənişləri dəstəkləyən kartların ümumi bazar payının 75%-ə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 48%-ə çatdırılması hədəflənmişdir.
Qeyd edək ki, 2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olmuşdur. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 11.4% bəndi yüksələrək 43.2%-ə bərabər olmuşdur.
Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci il ilə müqayisədə 2.4 dəfə artaraq 261 mln. ədəd, həcmi isə 2.5 dəfə artaraq 18.5 mlrd. manat olmuşdur.

Banklar     Tarix: 13 fevral 2023

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler rubl mezenne valyuta kurslari iqtisadiyyat xeberleri telefonla pul qazanmaq