Antiinhisar qurumu "Toyota Gəncə Mərkəzi" ilə bağlı protokol tərtib edib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "Toyota Gəncə Mərkəzi" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Banker.az xəbər verir ki, şirkət tərəfindən qüsurlu malın dəyişdirilməsi və ya qaytarılmasından imtina edilməsi faktı müəyyən olunub. Bu hal "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd olunan hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə (satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) uyğun olaraq rəsmiləşdirilib.
Protokol 17 noyabr 2025-ci il tarixində tərtib edilib.
Qeyd edək ki, hüquqi şəxslər bu bəndə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Bitcoin nədir?
Dünyanın ən zəngin idmançıları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Dropshipping nədir?