Apple Pay artıq Yelo Bank-da

Apple Pay artıq Yelo Bank-da®Yelo Bank müştəriləri üçün innovativ həlləri tətbiq etməyə davam edir. Bank bu dəfə kart müştərilərinə Apple Pay təmassız ödəmə üsulunu əlçatan etdi. Bunun üçün sadəcə iPhone smartfonu, Apple Watch saatını və ya iPad planşetini ödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür. 
Apple Pay-in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay-ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərək şifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş "Təhlükəsiz element" çipində əminliklə saxlanılır.   
Yelo kartı Apple Pay-də aktivləşdirmək çox asandır:
∙       Yelo mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin
∙       "Apple Wallet"ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin.
Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad, Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edə biləcəksiniz. 
Apple Pay xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər. 
Yelo mobil tətbiqini yükləmək üçün  və Apple Pay haqqında daha ətraflı məlumat üçün  linklərinə keçid edə bilərsiniz.
Bank xidmətləri, həmçinin, məzənnə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 01 noyabr 2022

Oxşar xəbərlər

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

"Azər-Türk Bank"da yığıncaq keçiriləcək

22 iyun 2026-cı il tarixində saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi Yığıncaq Bankın inzibati binası yerləşə

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarəti


iqtisadi xeberler dollar kursu emlak xeberleri bu gunun xeberleri bitkoin qiymeti