Aqrar sığorta üzrə ilk qadın ekspert fəaliyyətə başlayıb

Aqrar sığorta üzrə ilk qadın ekspert fəaliyyətə başlayıbSon illər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar, sel-subasma, dolu və sair hallar kənd təsərrüfatına da xeyli zərər vurur. Fermerlərin zərərlərini qarşılamaq, davamlı fəaliyyətini təmin etmək məqsədilə yaradılmış Aqrar Sığorta Fondu bu işdə müstəqil aqrar sığorta ekspertlərinin xidmətindən istifadə edir.
Aqrar sığorta üzrə ilk qadın ekspert fəaliyyətə başlayıbQanunvericiliyə əsasən 70-dən artıq ixtisas sahibi Aqrar Sığorta Fondunun təlimlərində iştirak etdikdən sonra Dövlət İmtahan Mərkəzində təşkil olunan imtahandan keçərək aqrar sığorta eksperti kimi fəaliyyətə başlaya bilər.
Hazırda müvafiq prosedurları tamamlayaraq sertifikat əldə edən onlarla mütəxəssis aqrar sığorta eksperti kimi Fondla əməkdaşlıq edir.
Son vaxtlar aqrar sığortaya inamın artması, təsərrüfatların sığortalanması zərurətinin yaranması ilə müstəqil aqrar sığorta ekspertlərinin işinə də tələbat artıb.
Yerli və xarici ekspertlərin təcrübəsini mənimsəyərək bu sahədə fəaliyyət göstərən ekspertlər arasında artıq qadın mütəxəssis də var.
Aqrar Sığorta Fondunun təlimlərində iştirak edərək sertifikat almış Pərvanə Əsədova ölkəmizdə ilk müstəqil aqrar sığorta eksperti sayılır.
Bitkiçilik sahəsində fəaliyyət göstərən xanım ekspert qısa müddətdə ölkənin çoxsaylı rayonlarına ezam olunaraq taxıl, qarğıdalı sahələrinə, meyvə bağlarına baxış keçirərək fermerlərə dəymiş zərərləri hesablayıb.
İlk qadın aqrar sığorta eksperti hesab edir ki, bu sahə sərbəst iş rejimi, iş saatlarının planlaşdırılması və qazanc baxımından qadınlara daha uyğundur. O müvafiq ixtisas sahibi olan qadınlara özlərini bu sahədə sınamağı tövsiyə edib: "Aqrar sığorta sahəsi olduqca faydalı və maraqlıdır. Fermerlərə dəyən zərərin hesablanması və ona uyğun ödənişin edilməsi aqrar sahəyə böyük dəstəkdir. Eyni zamanda bu xanım mütəxəsislərin sərbəst iş rejimində işləyərək yüksək gəlir əldə etməsinə imkan yaradır".
Qeyd edək ki, son vaxtlar kənd təsərrüfatı sahəsində hadisələrin çoxalması sərbəst qrafiklə işləyən aqrar sığorta ekspertlərinin işlərinin və gəlirlərinin artmasına səbəb olub.
Hazırda Aqrar Sığorta Fondunun təlimlərinə qatılan qadın ekspertlərin sayı artmaqdadır. Artıq 10-a yaxın xanım ekspert imtahanı uğurla verərək müstəqil ekspert sertifikatı alıb və yaxın vaxtlarda müstəqil sığorta eksperti kimi fəaliyyətə başlayacaqlar. / marja.az

Banklar     Tarix: 06 avqust 2024

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin iqtisadiyyat xeberleri bitkoin