Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda əməliyyat aktivləri artıb
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı əməliyyat aktivlərinin həcmi bu il iyulun 31-nə əvvəlki ayla müqayisədə 2% və ya 12 mln. avro artaraq 664 mln. avro təşkil edib.
Bu barədə EBRD-dən bildirilib.
Aktiv portfelin həcmi isə dəyişməyərək 893 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. İcra edilən aktiv layihələrin sayı 30-dan 29-a enib.
Qeyd olunub ki, portfelin 91%-ni (816 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (50 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (27 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.
Beləliklə, EBRD bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3,724 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,5 %-i (3,113 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 25%-i özəl sektorun payına düşüb. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Dünyanın ən varlı 10 adamı
Fond birjası nədir?
Startup nədir və necə olur?
Cash Back nədir?
İban nədir?