Azad edilmiş ərazilərdə 10 layihə üzrə güzəştli kreditin həcmi açıqlanıb

Azad edilmiş ərazilərdə 10 layihə üzrə güzəştli kreditin həcmi açıqlanıbÜmumilikdə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin layihələri 23,8 milyon manat güzəştli kreditlərlə dəstəklənib.
Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin üzvü Emin Şirinov Şuşada mikro və kiçik sahibkarlarla keçirilən görüş zamanı bildirib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
O, təmsil etdiyi qurumun sahibkarlıq subyektlərinə göstərdiyi maliyyə dəstəyi barədə məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, cari ilin 9 ayı ərzində 4116 sahibkarlıq subyektinin investisiya layihəsinə 167,6 milyon manat güzəştli kredit ayrılıb.
"Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin layihələri 23,8 milyon manat güzəştli kreditlərlə dəstəklənib. Bununla yanaşı, zəmanət subsidiya mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə kredit tələbi 17,7 milyon manat olan 8 layihəyə 14 milyon manat məbləğində dövlət zəmanəti verilib", – deyə E.Şirinov bildirib.
Eyni zamanda, görüş zamanı sahibkarlıq subyektlərinin qeydiyyat məsələsinə toxunulub, rezident statusunun əldə edilməsinin önəmi vurğulanıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Banklar     Tarix: 19 oktyabr 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes