Azər Türk Bank istehlak kreditləri üzrə 0% komissiyalar kampaniyasını davam etdirir
®Azər Türk Bank 14 yanvar tarixindən istehlak kreditləri üzrə kampaniyanın müddətini uzatdı.
Həmin tarixdən etibarən müştərilərin, müddətindən asılı olmayaraq, götürdükləri istehlak kreditləri üzrə komissiya 0%-dir. Kreditlərin illik faiz dərəcəsi 12.5%-dən başlayır.
Qeyd edək ki, 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13%, 14%, 15% səviyyəsindədir.
Orta aylıq xalis gəlirindən asılı olaraq, hər bir şəxs 30 000 manatadək kredit götürə bilər. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.
Azər Türk Bankın internet səhifəsində krediti online sifariş vermək mümkündür.
Kampaniya 31 yanvar daxil olmaqla bu tarixədək qüvvədədir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR
Azərbaycanın Gürcüstana investisiyası 48% artıb
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
Green Card nədir və onu necə əldə etmək olar?
5 liderlik göstəricisi
Whatsapp biznesin üstünlükləri nələrdir?
Françayzinq nədir və necə olur?
İban nədir?