Azər Türk Bank ötən ili uğurla başa vurdu

Azər Türk Bank ötən ili uğurla başa vurdu®Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% artaraq, 965.2 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 316 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 40% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 95% yüksəlməklə 69.2 milyon manat, xərclər 58.1 milyon manat olmuşdur.
2022-ci ildə Azər Türk Bank 11 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən dəfələrlə çoxdur. Qeyd edək ki, 1995-ci ildə təməli qoyulmuş Azər Türk Bank özünün fəaliyyəti dövründə ilk dəfədir ki, bu həcmdə xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 23% artaraq, 63.2 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 155% artımla 896 milyon manat səviyyəsindədir.
Əhali tərəfindən Banka ötən ildəkindən iki dəfə çox, 89.4 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 341 milyon manat həcmində depozit cəlb etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1.6%, kapitalın gəlirlilik əmsalı (ROE) dəfələrlə artaraq 22% təşkil etmişdir.
ApplePay və MC MoneySend (xarici bankların MC kartlarına Card to Card) istifadəyə verilmişdir. Eyni zamanda 2022-ci ildə Visa Direct, Tap2Phone, JCB və UnionPay beynəlxalq ödəniş sistemlərinə üzvlük layihələrinə start verilmişdir.
Ötən il ərzində Bank 5 innovativ filialını istifadəyə vermiş, bir filial isə rəqəmsal konsepsiyaya uyğun yenidən qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir. / banker.az

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras


iqtisadi xeberler biznes xeberleri depozit faizleri kripto valyuta xeberleri