Azər Türk Bankda əməkhaqqı kartlarının əldə edilməsi daha asandır
®Dövlət bankı Azər Türk Bank müştərilərinə xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən əməkdaşları üçün əməkhaqqı kartlarının əldə edilməsi prosesini tam olaraq sadələşdirib.
Belə ki, Bank tərəfindən "atb business" internet bankçılıq xidmətində istifadəyə verilmiş yeni funksionalın köməyi ilə əməkhaqqı kartlarının sifarişi üçün müqavilə formalaşdırılması, müştəri və bank tərəfindən elektron şəkildə imzalanması mümkündür.
Bu xidmətdən faydalanmaq üçün fərdi sahibkar və hüquqi şəxs olan müştərilərin Bankda hesab açmaqla "atb business" xidmətinə qoşulması kifayətdir.
Xatırladırıq ki, əməkhaqqı kartı tam funksionallıdır və onun əsas özəlliyi bu kartlar vasitəsilə ticarət və xidmət müəssisələrində edilən ödənişlərin 30%-dək hissəsinin keşbek olaraq hesaba qaytarılması və kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanmasıdır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bill Qeyts kimdir?
5 liderlik göstəricisi
"iPhone 15" modelinin üstünlükləri
SMM nə deməkdir?
Bitcoin necə işləyir?