Azər Türk Bankdan sahibkarlara güzəşt müddətli kredit xətti
(®) Dövlət bankı Azər Türk Bankın davam etdirdiyi "Sahibkar" kredit kartı layihəsi biznes nümayəndələrinin Bank tərəfindən təqdim olunan məhsul və xidmətlərdən faydalanmasını, eləcə də maliyyəşməyə çıxışını daha da asanlaşdırmışdır.
Bank "Sahibkar" kredit kartı vasitəsilə, sahibkarlara güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xətti təklif edir.
Belə ki, 40 günədək güzəşt müddəti olan bu kredit xətti, sahibkarın aylıq gəlirinin 80%-i həcmində, maksimal məbləğ 5 000 manat olmaqla, heç bir zamin və təminat tələb edilmədən rəsmiləşdirilir.
Azər Türk Bankın "Sahibkar" kredit kartını əldə etmək üçün Bankın internet səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Yatırım olmadan necə biznes qurmaq olar?
Start-up nədir?
SMM nədir?
ZARA-nın uğur hekayəsi
5 liderlik göstəricisi