"Azər-Türk Bank"ın İdarə Heyətinə sədr təyin edildi
"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Banker.az xəbər verir ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Nizami qızı Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
O, bu vəzifədə Tural Həsənov Nurəddin oğlunu əvəz edib. T. Həsənov bu vəzifənin müvəqqəti icraçısı idi. T. Həsənov bundan sonra İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı kimi fəaliyyətini davam etdirəcək.
Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində rəhbər vəzifələrdə çalışır. Bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir; 2006-cı ildən "Unibank" ASC və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif rəhbər vəzifələr tutub.
2022–2025-ci illərdə "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının üzvü olub, 2025-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvüdür. Eyni zamanda "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin müşahidə şuralarında təmsil olunub.
O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavr, 2008-ci ildə magistr pilləsi üzrə bitirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülmüşdür. Hazırda Bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i "Qala Həyat Sığorta Şirkəti" ASC-yə, 12,37%-i "T.C. Ziraat Bankası" AŞ-yə və 1.08%-i "Ziraat Bank İnternational" AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilir.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri