"Azər-Türk Bank"ın İdarə Heyətinə təyinat olub
"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə Fərid Quliyev "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.
Banker.az xəbər verir ki, bununla da "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti beş nəfər üzvdən ibarət formalaşdı.
Fərid Quliyev korporativ maliyyələşmə, korporativ bankçılıq və strategiya sahələrində 25 ili əhatə edən zəngin təcrübəyə malikdir. O, 2002-ci ildə Azərbaycan Mikromaliyyələşmə Bankında peşəkar fəaliyyətə başlayıb. Daha sonra "Credit Europe Bank" və "Asian Pacific Bank" kimi beynəlxalq maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq təcrübəsini zənginləşdirib. Fərid Quliyev 2015-ci ildən PAŞA Bank sıralarına qoşularaq 2025-ci ilədək Korporativ və institusional bankçılıq üzrə aparıcı direktor, 2026-cı ildə isə Strategiya üzrə aparıcı direktor vəzifələrini tutub.
Fərid Quliyev 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr pilləsini bitirib. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarə edilməsi ixtisası üzrə ikinci ali təhsil alıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ötürülmüşdür. Hazırda Bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i "Qala Həyat Sığorta Şirkəti" ASC-yə, 12,37%-i "T.C. Ziraat Bankası" AŞ-yə və 1.08%-i "Ziraat Bank İnternational" AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilir.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?