Azərbaycan bankları AFAD-a ianələrlə bağlı qərar qəbul edib
Fevralın 13-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.
Banker.az xəbər verir ki, iclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılmasına ABA üzvləri tərəfindən əlavə dəstək göstərilməsi növbəti dəfə müzakirə edilib.
Bildirilib ki, müzakirələr zamanı, ABA üzvlər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ianələr edilməsinə başlandığı qeyd edilərək, bütün üzvlərin bu prosesə qoşulmasının vacibliyi vurğulanıb. İclasın sonunda ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu bəyan edilmiş və ABA üzvləri tərəfindən AFAD-ın hesabına ianələr edilməsi barədə yekdilliklə qərar qəbul edilib.
Xatırladaq ki, 8 fevral 2023-cü il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən AFAD-a ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı qərara alınıb.
Əlavə olaraq qeyd edək ki, ABA-ya üzvü olan "Ziraat Bank Azərbaycan" ASC və "YapıKrediBank Azərbaycan" ACS tərəfindən AFAD-da müvafiq hesab açılıb.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"Freelance" nədir?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt