Azərbaycan banklarında valyuta risklərinə nəzarət gücləndirilir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi ilə bağlı yeni Qaydanı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov müvafiq qərar imzalayıb.
Qərara əsasən, hər bir xarici valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı xalis spot mövqe, xalis forvard mövqe, habelə reallaşması dəqiq olan və geri qaytarıla bilməyən qarantiyalar (benefisiar tərəfindən artıq tələb irəli sürülmüş) və oxşar alətlər, o cümlədən kredit xətləri və akkreditivlər nəzərə alınacaq.
Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı isə aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq ediləcək:
– müddəti bir ilədək olduqda – 20 % (kreditə konvertasiya əmsalı 0,2);
– müddəti bir ildən çox olduqda – 50 % (kreditə konvertasiya əmsalı 0,5);
– müqavilə əsasında banka öhdəliyi birtərəfli qaydada tam yerinə yetirməmək hüququ verildiyi hallarda – 10 % (kreditə konvertasiya əmsalı 0,1).
Bu Qaydanın məqsədləri üçün istifadə olunan sərbəst dönərli valyutaların siyahısı aşağıdakılardır:
Açıq valyuta mövqeyi üzrə limitləri:
Beləliklə, bnkların bir valyuta üzrə uzun və qısa açıq valyuta mövqeləri üzrə limitlər qapalı valyutalar üçün 7 %-dən 5 %-ə, məcmu uzun və qısa açıq valyuta mövqeləri üzrə limitlər isə 14 %-dən 10 %-ə endirilib.
Yeni qaydanın təsdiqi ilə bağlı ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları" qüvvədən düşmüş hesab edilir. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri