Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, Güzəştlər

Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, Güzəştlər8 Mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə bir çox şirkətlər müxtəlif kampaniyalar təşkil etməyə başlayıblar. Banklarımız hər il olduğu kimi bu ildə ənənəyə sadiq qalaraq xanım müştərilərini sevindirir və onlara ikiqat bayram sevinci yaşadır.
Banker.az olaraq, bankların xanımlara özəl hazırladıqları kampaniyaları sizlərə təqdim edirik.
BANK OF BAKU
*Yalnız 2 gün – 6-7 mart tarixlərində, Bank of Baku-dan kredit üçün müraciət edən xanımlar, 30.000 AZN-dək nağd pul kreditini min.12,5% ilə və KOMİSSİYASIZ əldə edəcək.
*8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə Bolkart kart sahibləri üçün də kampaniyaya start verir. Sadəcə 7-8 mart tarixlərində Bolkart debet və ya Bolkart kredit kartı ilə alış-veriş edənlər, 5% keşbek qazanacaqlar. Yəni, istər geyim, istər elektronika mağazaları məkan fərqi olmadan müştərilərin etdiyi bütün alış-verişlər onlara 5% KEŞBEK qazandıracaq.
Qeyd edək ki, nağd əməliyyatlarda, kredit, nəqliyyat, rabitə, dövlət və kommunal, istiqraz, cərimə, məhkəmə, mərc oyunları, kuryer xidmətlər şamil olunmur.
Kampaniya müddətində (ay ərzində 200 azn dövriyyə keçdiyi halda) YDM və marketlərdə Bolkart debet kartı ilə 3% KEŞBEK, Bolkart kredit kartı ilə isə 1,5% keşbek əldə edəcəksiniz.
Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, GüzəştlərXALQ BANK
6 mart – 10 aprel tarixlərdə XalqKart Petrol kartları bütün kafe-restoran, geyim, parfümeriya, gül dükanlarında aparılan nağdsız ödənişlərdən 8% petrol, XalqKart Cashback kartları isə 8% kəşbək qazandıracaq! Qeyd edək ki, XalqKart məhsulu üzrə aylıq maksimum 300 AZN/Oil qazanmaq mümkündür.
Xatırladaq ki, XalqKart Petrol gündəlik alış-verişdən pulsuz yanacaq qazandıran ödəniş kartıdır. Bu kartla siz həm ölkə daxilində, həm də xaricdə apardığınız nağdsız ödənişlərdən Oil bonusları qazana və toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişdirə bilərsiniz. XalqKart Cashback kartı isə sərfəli kəşbək qazancı təklif edən ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək pulsuz Card to Card, komissiyasız həm nağdlaşdırma, həm də balansın artırılması imkanları mövcuddur.
Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, GüzəştlərKAPİTAL BANK
Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım sahibkarlar üçün güzəştli kredit kampaniyası keçirir. Kampaniya çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar mart ayı ərzində mikro-biznes kreditlərini 8% endirimlə əldə edəcəklər.
Təqdim olunan mikro kreditin maksimal məbləği 100 000 manat, müddəti isə 36 ayadəkdir. Xanım sahibkarlar Kapital Bank filiallarına, 196 Sorğu Mərkəzinə və  saytına keçid edərək mikro kredit əldə etmək üçün müraciət edə bilərlər. Həmçinin, 30 000 manat məbləğə qədər olan mikro kreditləri girovsuz və zaminsiz əldə etmək mümkündür.  Kampaniya 31 mart 2023-cü il tarixinədək edilən müraciətlər üçün keçərlidir.
Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, GüzəştlərNAXÇIVANBANK
6-10 Mart tarixləri aralığında Naxçıvanbankdan kredit götürən xanım müştərilər üçün Bahar Fürsəti kampaniya faizlərinə əlavə 8% endirim tətbiq olunacaq. Beləliklə xanım müştərilər kreditlərini 10,95%-dən başlayan illik faiz dərəcəsi ilə, həmçinin Sığortasız və Komissiyasız əldə edə biləcəklər. Üstəlik 10 000 Azn-dək kredit götürən xanım müştərilərə GOLD debet kart, 10 000 Azn üzəri kredit götürənlərə isə PLATINIUM debet kart HƏDİYYƏ!
Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, GüzəştlərUNİBANK
Martın 9-dək "Unibank"da kredit rəsmiləşdirən bütün xanımlar, krediti illik faiz dərəcəsinə 8% endirimlə və 0%-lik komissiya ilə əldə edəcəklər. UCard multivalyutalı kartı hədiyyə edilir.
Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, Güzəştlər

Banklar     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar manat kursu dollar mezenne internetden pul qazanmaq dollarin kursu bu gun