Azərbaycan banklarının xarici borclarını əhəmiyyətli dərəcədə artıracağı ehtimalı çox aşağıdır – S&P

Azərbaycan banklarının xarici borclarını əhəmiyyətli dərəcədə artıracağı ehtimalı çox aşağıdır – S&P"S&P Global Ratings"in proqnozuna görə, Azərbaycan banklarının yaxın illərdə beynəlxalq borc bazarlarında borclanmanı əhəmiyyətli dərəcədə artıracağı ehtimalı çox aşağıdır.
Bu barədə "S&P"nin məlumatında bildirilir.
"Xalis xarici maliyyələşmə məhduddur. Qiymətləndirməmizə əsasən, 2025-ci ilin sonuna Azərbaycan bank sisteminin xalis xarici borcu mənfi olub. Xarici borcun böyük hissəsi beynəlxalq maliyyə institutlarının — o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankının — eləcə də bankların xarici minoritar səhmdarlarının kreditlərinin payına düşür. Mülayim iqtisadi perspektivlər və Azərbaycan banklarının kifayət qədər böyük depozit bazası nəzərə alınaraq, yaxın illərdə beynəlxalq borc bazarlarında borclanmanın əhəmiyyətli dərəcədə artacağını gözləmirik. Daxili borc bazarları kiçikdir və buna görə də bankların maliyyələşməsi üçün həyat qabiliyyətli alternativ hesab edilmir",- S&P-nin hesabatında bildirilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 14 milyard ABŞ dolları və ya 19,8% artaraq 85,1 milyard ABŞ dollarına çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2025-ci ildə 5,1% artaraq ilin sonunda 11,5 milyard ABŞ dollarına çatıb.
Ölkənin ümumi strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə tanınmış adekvatlıq standartlarını aşmağa davam edir. Beləliklə, 2025-ci ilin dekabr ayının sonunda strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmət idxalını (2025-ci ilin ilk doqquz ayı üzrə idxal da daxil olmaqla) kifayət qədər əhatə etmişdir. Strateji ehtiyatlar manatla pul kütləsindən 3,6 dəfə çoxdur (1 yanvar 2026-cı il tarixinə M2 pul aqreqatına görə).
Bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlığını nümayiş etdirir və həmçinin dövlət borcu risklərinin tamamilə idarəolunan səviyyədə olduğunu göstərir. / banker.az

Banklar     Tarix: 02 mart 2026

Oxşar xəbərlər

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler bitcoin qiymeti internetden pul qazanmaq rubl mezenne bitkoin almaq